İranın paytaxtı Tehranın yaxınlığında neft emalı zavodunda partlayış nəticəsində azı 6 nəfər ölüb.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ISNA agentliyi xəbər verir.

Partlayış yerli vaxtla saat 16.00-də Rəy şəhərində baş verib, partlayış nəticəsində ərazidə yanğın olub.

2 nəfərin ciddi xəsarət aldığı bildirilir..

Hakimiyyət nümayəndəsinin sözlərinə görə, hazırda yanğın tam söndürülüb.