Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçe  vəzifəsinin 8 min 617-ci günündə istefa verdi.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bunu Ankara Böyük Şəhər Bələdiyyəsinin məclisinin konfrans zalında elan edib.

Melih Gökçe istefasını Ərdoğanın tələbi ilə etdiyini deyib:

"Prezidentim Rəcəb Tayyib Ərdoğanın Türkiyəni lider dövlət edəcəyinə edəcəyinə inandığım, onun əmrinə tabe olduğum üçün istefa verirəm. Mənim bələdiyyə rəhbərliyindən ayrılmamı, Türkiyə lideri Rəcəb Tayiib Ərdoğan tələb etdi, biz də bu tələbi qırmayaraq qəbul etdik. Bu tələbi qəbul etməyimizin niyəsini isə televizyonlardan öyrənəcəksiz".