Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadze özünü prezident sarayının yaxınlığında partladıb, nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra hadisə yerinə yaxın mehmanxanada polis əməkdaşları və terrorçular arasında atışma baş verib. Məlumata görə, atışma hazırda davam edir. 

Hadisə yerində ikinci partlayışın törədildiyi xəbər verilir.