Kiyev məhkəməsi dekabrın 21-də casusluq ittihamı ilə saxlanılan Ukrayna baş nazirinin köməkçisi Stanislav Yejov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Unikal.org-un UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Vladimir Şpiruk bildirib.

"Stanislav Yejov fevralın 17-dək saxlanılıb. O, özünü təqsirli hesab etmir, deyə vəkil qeyd edib.

Qeyd edək ki, S.Yejov Ukrayna baş naziri Vladimir Qroysmanın kabinetində tərcümə işi ilə məşğul olub. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, S.Yejov Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Ukrayna hökumətinin fəaliyyəti haqqında məlumatlar toplayıb.