Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyadan Tokat istiqamətində hərəkət edən 34-FA-4603 dövlət seriya nişanlı sərnişin avtobusu aşıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə yolun buzlu olması səbəb olub.