Dubayda Hindistan əsilli süpürgəçi Vinakatar Amana Motabato Lal tapdığı qızıl və brilyantla dolu çantanı polis məntəqəsinə təhvil verib.

Unikal.org bildirir ki, bu barədə "Gulf News" xəbər verib.

Xəbərdə bildirilir ki, o, 55 min dollarlıq (200 min dirhəm) qiymətli əşyaların olduğu çantanı Əl Kuzeys rayonundakı binalardan birində təmizləmə vaxtı tapıb.

Ərazi üzrə polis məntəqəsinin direktoru süpürgəçini dürüstlüyünə görə təşəkkürnamə diplomu ilə təltif edib.