Türkiyə Böyük Millət Məclisi (TBMM) daha bir deputatın mandatını ləğv edib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermə nəticəsində Ağrı vilayətindən seçilən HDP-çi millət vəkili Leyla Zananın mandatı ləğv edilib.

Buna səbəb kimi isə deputatın işinə qeyri-ciddi yanaşdığı, vaxtlı-vaxtında parlament iclaslarına gəlmədiyi göstərilib.

Qeyd edək ki, Leyla Zana Ağrı vilayətindən deputat seçilmişdi.