İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Şiraz şəhərindən 113 kilometr cənubda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.