Qazaxıstanda iş adamına sui-qəsd cəhdi baş verib. Belə ki, biznesmenin şəxsi minik avtomobili partladılıb.

Unikal.org-un "Sputnik Kazaxstan"-a istinadən verdiyi məlumata görə, hadisə Almata vilayətinin Yenbekşikazax rayonunun Aşısay kəndində baş verib. Nəticədə biznesmenin özü xəsarət almasa da sürücüsü ağır yaralanıb. 

Məlumatda bildirilir ki, yerli biznesmenlərdən birinə məxsus "Leksus" markalı minik avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər yaralanıb. Qəlbə yarası alan şəxs biznesmen yox, onun 23 yaşlı sürücüsü olub. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.