Metro qatarı relsdən çıxıb  və qəza baş verib. Hadisə Vaşinqtonda metroda baş verib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, metroda "qırmız" xəttlə hərəkət edən qatarın relslərdən çıxması nəticəsində qəza baş verib. Trend-in məlumatına görə, relslərdən çıxan qatarda 60-a yaxın sərnişin olub.

Qəza yerində hazırda fövqəladə xidmət qüvvələri işləyir. Hələlik qəzanın baş vermə səbəbləri məlum deyil. İnsident nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur. 

Sərnişinlər dərhal hadisə yerindən təxliyyə edilib.