Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin oğlu anadan olub.

Unikal.org xəbər verirr ki,  bu barədə dövlət başçısının rəsmi Facebook səhifəsində bildirilib.

"Toma Marqvelaşvili anadan oldu, - rəsmi səhifədə yazılıb.

Qeyd edək ki, Gürcüstan prezidenti və onun həyat yoldaşı Maka Çiçua 2014-cü ildə rəsmi nikaha daxil olublar. Cütlüyün 2015-ci ilin fevralın 2-də Temo adlı oğulları dünyaya gəlib. G.Marqvelaşvilinin əvvəlki nikahdan Anna adlı qızı da var.