Nişanlısının cinsi zorakılığından bezib onu öldürən qadın 2 il yarım sonra azadlığa çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə 37 yaşlı Anjelika Qrasualda cəmi 4 il həbslə cəzalandırıb. Ancaq onun çəkdiyi əzabları göz önünə alarınaraq cəmi 2 il yarım həbsdə yatıb. Lakin ölən kişinin anası bu cəzadan narazı qaldığını və cəzanın çox yüngül olduğunu deyib.

Bildirək ki, hadisə Nyu-Yorkda 2015-ci ildə baş verib. Nişanlısı Viaforun 3-lü qrup şəkilində, digər azğın seksual tələblərindən bezən 37 yaşlı Anjelika Qrasuald adlı qadın onu çayda boğub. Cütlük Hudson çayında qayıqla gəzintiyə çıxıb. Bu zaman qadın qayığın suyu saxlayan tıxacını gizlincə çıxarıb. Bundan sonra qayığa su dolmağa bağlayıb. Özünü xilas edən qadın nişanlısının ölümün sadəcə seyr etməklə yetinib. Daha sonra o təcili yardıma zəng edərək qəza baş verdiyini deyib. Qadın səhiyyə işçilərinə də zəng edərək "Nişanlım boğulur" deyib. Hadisə yerinə gələn xilasetmə işçiləri adamın cəsədini tapa bilməyib. Adamın cəsədi üç həftə sonra bölgədəki balıqçılar tərəfindən tapılıb.

Qadının cinayət törətməsi isə sosial şəbəkədəki paylaşımlarından sonra bəlli olub.