Rusiyada Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzi təxliyə olunub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna ticarət mərkəzinə boma qoyulması barədə anonim zəng səbəb olub.

Məlumata görə, anonim zəng yerli polis idarəsinə daxil olub. Zəngdən dərhal sonra binadan 600-ə yaxın şəxs çıxarılıb.

Hazırda ticarət mərkəzinin ətrafı nəzarətə götürülüb, polis binada axtarışları davam etdirir.