Gənc qıza təcavüz edən 55 yaşlı kişini bıçaqlayan ata sərbəst buraxılıb. Hadisə İzmirin Buca qəsəbəsində baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızına binanın içində təcavüz edən qonşusunu öldürən atanın cəzası bəlli olub. Qızı təcavüzə məruz qalan ata B.A 2 il 6 ay həbs cəzası alıb və müəyyən şərtlərlə azadlığa buraxılıb. Qarşı tərəfdən etiraz olmayınca qərar dəyişdirilməyib.

Bildirilir ki, Erol T. qonşusunun qızı Y.A.-nı (10) öncə vintaçanla qorxudub, sonra arxadan qucaqlayaraq təcavüz edib. 55 yaşlı kişinin bu davranışı təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb. Uşağın atası B.A. (36) tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı oradaca keçinib.