"Antutu araşdırma şirkəti 2017-ci ildə ən çox saxta modeli hazırlanan telefonları açıqlayıb.

Unikal.org maide-yə istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Samsung Galaxy S7 Edge" modelinin Avropa verisyası yer alıb.

İkinci yeri bu modelin Çin versiyası, üçüncü yeri isə sadə versiyası tutub.

Ümumilikdə isə saxtası ən çox hazırlanan brend 36,23 faizlik göstərici ilə "Samsung olub. "Apple isə 7,72 faizlə ikinci yerdə qərarlaşıb.

"iPhone modelləri arasında isə ən çox "7 plusun saxtası hazırlanıb (2,67 faiz).