Olimpiya çempionu Toğrul Əsgərovun Avropa çempionatına qatılmaması ilə bağlı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov münasibət bildirib.
Federasiya rəsmisi Unikal.org-a açıqlamasında qeyd edib ki, Toğrul Əsgərov tam hazır deyil:
"Toğrul əla formada olmalıdır ki, Avropa çempionatında çıxış etsin. O 1 ilə yaxındır ki, yarışlarda güləşmirdi. Buna baxmayaraq Toğrul təlim-məşqlərini davam etdirir, ciddi şəkildə hazırlaşır.
Avropa çempionatından sonra baş tutacaq yarışlarda Toğrul Əsgərov da öz qüvvəsini sınayacaq. Qarşıda bizi beynəlxalq turnirlər gözləyir.
F.Umudov T.Əsgərovun yerinə hansı güləşçinin Avropa Çempionatına yollanacağı barədə bunları deyib:
"Hədəfimiz hələ dünya kubokudur. Bu yarışdan sonra Avropa çempionatı üçün heyəti açıqlayacağıq. Hələ bəzi zədəli idmançılarımız var. Onlar müalicə olunur.
Aygün İlqarqızı