"Santosun hücumçusu Rodriqo Silva de Qois "Barselonaya keçməyə çox yaxındı.

Unikal.org xəbər verir ki, 17 yaşlı vunderkindin atası danışıqlar aparmaq üçün Barselonaya gəlib. Klubun skautları hesab edirlər ki, Rodriqo öz yaşıdları arasında ən perspektivli futbolçulardan biridi.Onu tez-tez Neymarla müqayisə edirlər.

Rodriqonun "Santosla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə onu almaq istəyən klubun 50 milyon avro ödəmli olacağı göstərilib.

Rodriqo "Santosun əsas komandasında 7 oyun keçirib və 2 qol vurub. O, Braziliyanın gənclər yığmasında keçirdiyi 4 oyunda da 3 dəfə fərqlənib.