"Evertonun hücumçusu Ueyn Runi tezliklə yenidən bu komandaya qayıda bilər.
Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, ABŞ-a köçməyə hazırlaşan ulduz futbolçuya liverpullular yeni təklif göndəriblər.
Belə ki, "Everton rəhbərliyi karyerasını "Di Si Yunayteddə davam etdirmək barədə düşünən Runinin ABŞ-dan qayıtdıqdan sonra klubda çalışmasını istəyir. Bu üzdən ona indidən məşqçilik təklifi edib. 33 yaşlı forvard buna razılıq versə, o, karyerasını bitirdikdən sonra məşqçi kimi "Evertonda çalışmağa başlayacaq.
Qeyd edək ki, Ueyn Runi "Evertona ötən il "Mançester Yunayteddən keçib.