Azərbacan Cüdo Federasiyasında qalmaqal baş verib. Qurumda ayrıseçkilik edilir. Əcnəbi məşqçiyə görə yerli məşqçilər "qurban verirlər.

Unikal.org-un əldə etdiyi məlumata görə, cüdo üzrə milli komandanın məşqçiləri Fərhad Məmmədov və Mövlud Mirəliyev istefa verib. Səbəbi isə ukraynalı baş məşqçi Ruslan Maşurenkonun tez-tez qərar dəyişdirməsidir. Onun planlarda tez-tez dəyişiklik etməsi həm idmançılar, həm də köməkçi məşqçilər tərəfindən narazılıqla qarşılanıb.

Köməkçi məşqçilər baş məşqçinin düzgün qərar vermədiyini və bunun da komandaya ziyan ola biləcəyini deyib. Ancaq rəhbərlik onları dinləməyib.

Aldğımız digər məlumata görə, F.Məmmədovun yerinə milli komandamızın üzvü Elxan Məmmədov təyin edilib. Rövnəq Abdullayevin rəhbəri olduğu federasiyadan köməkçi məşqçilərin istefa verməsi və Elxan Məmmədovun idmançı kimi karyerasını bitirib, məşqçi işləməsi haqqında məlumat verilməyib.

Fərhad Məmmədov Unikal.org-a danışarkən istefasının səbəbini açıqlayıb:

"3 həfdədir ki, istefa vermişəm. Gətirilən baş məşqçi işləməyimizə imkan vermədi. Tez-tez fikir ayrılığına gəlirdik. Rəhbərlik onu dəstəklədiyinə görə istefa verdim.

Aygün İlqarqızı