Tovuz sakinini ilan sancıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2011-ci il təvəllüdlü Cəfərov Nihad Eldəniz oğlu yaşadığı evin həyətində oynayarkən ilan onu sancıb.

Azyaşlı dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya, vəziyyəti ağır olduğundan oradan paytaxtda olan xəstəxanaların birinə aparılıb.