Səhiyyə Nazirliyi Saatlıda pambıq sahəsində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı münasibət bildirib.
Unikal.org-a daxil olan məlumata görə, 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən 4-ü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Digərlərinin müalicəsi davam edir.