Ağcəbədi rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyiməlumat yayıb.

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sədi İbrahimova məxsus "VAZ-21011 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Səlimli tutulub.

Faktla bağlı araşdırma aparılır.