Bu gün şəhərin Yuxarı baş məhəlləsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib.
Unikal.org xəbər verir ki, klubda keçirilən tədbiri giriş nitqi ilə açan Mirdaməd Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Qeyd edib ki, İsmayıllı bütün icra və xidmət strukturları, hüquq mühafizə və ədliyyə orqanları ilə birgə Prezident İlham Əliyevin sərəncam, tapşırıq və göstərişlərini, Dövlət Proqramlarını məsuliyyətlə icra edir. Nəticələr də həyat fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir.
Giriş nitqindən sonra sözü, təklifi, şikayəti olan sakinləri diqqətlə dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib. Əsasən yolların abadlaşdırılmasından, meyvə-tərəvəz satışı bazarında qayda yaradılmasından danışılıb. Sakinlərdən biri o fikri də səsləndirib ki, abadlığımızın daha geniş miqyas alması üçün bizim də vergiləri vaxtında ödəməklə fəal iştirakımız olmalıdır. Bazarın qarşısında "Saat meydanı adına park salınıb. İctimai qınaq olmadığından "Saat meydanının abadlığı və yaşıllığına xələl gətirmə halları vardır.
Görüş-qəbulda deyilənlər tam təfsilatı ilə yazılmadan qeyd edilməlidir ki, RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulda qaldırılan haqlı məsələlərin icrası üçün 20 iyul 2018-ci il tarixdə şəhər icra nümayəndəsinin, İsmayıllı bələdiyyəsi sədrinin, abadlıq-quruculuq işlərində iştirakı olan ASC və şirkət rəhbərlərinin, xidmət təşkilatlarının məsul işçilərinin iştirakı ilə müşavirə keçirib, konkret tapşırıqlar verib.