Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edib.
Unikal.org xəbər verir ki, dəyişikliyə görə, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri - Bayramov Ceyhun Əziz oğlu, təhsil naziri
Kollegiyanın üzvləri:
Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Məmmədov Rəhman Əli oğlu - Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Məmmədov Muxtar Məmməd oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Mustafayev Famil Front oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru
Piriyev Yaqub Maksim oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini.