Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uğursuzluqla üzləşən Azərbaycan çempionu "Qarabağ da avrokuboklardakı mübarizəsini məhz Avroliqada davam etdirir. Ağdam klubu bu turnirdəki ilk sınağında Moldova çempionu "Şeriflə qarşılaşacaq.

Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək. Bu üzdən də Tiraspolda cavab matçı öncəsi sərfəli nəticə qazanmaq vacibdi.

Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.


21:00. Şerif - Qarabağ
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Veynberqer (hamısı Avstriya).
Tiraspol. "Şerif stadionu.