Azərbaycanın daha 4 idmançısına dopinqdə "ilişib. Həmin idmançılara qadağan olunmuş maddələrdən istifadəyə görə, sanksiya tətbiq edilib.
Unikal.org Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə yığmanın üzvü Rövşən Fətullayev 96 ay (8 il) müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ondan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində xorionik qonadotropin (hCG) və morfin aşkarlanıb. "Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısının cəzası 18 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.
Boksçu İman Əhmədli orqanizmində meldonium maddəsi tapıldığı üçün 12 aylıq diskvalifikasiya olunub. Onun cəzasıisə Bu ilin mart ayından hesablanır.
Voleybolçular - İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə cəzalanıb. Orqanizmində betametazon maddəsi aşkarlanan İ.Abdullayevin cəzası 16 iyul 2018-ci il tarixindən qüvvədədir.
Cəzası 22 may 2018-ci ildən hesablanacaq S.Saviç isə qadağan olunmuş metamfetamin (D-) və amfetamin maddələrindən istifadəyə görə sanksiyaya məruz qalıb.
Qeyd edəki, bir neçə ay bundan öncə Unikal.org-da R.Fətullayevin dopinq tapıldığı üçün millinin məşqindən çıxarılması barədə yazılmışdı. Federasiya rəsmiləri, qurumun vitse-prezidenti Tofiq Heydərov bunun mümükün olmadığını deyib, məhkəmə ilə hədələmişdi.
Onu da bildirək ki, vitse-prezident T.Heydərov hansısa idmançıda dopinq çıxsa istefa verəcəyini desə də sonradan bu qərarından daşınmışdı.