UEFA Millətlər Liqasında ilk turun son oyunları keçirilib.
Unikal.org xəbər verir ki, 3-cü oyun günündə 7 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında Belarus San Marinonu, Lüksemburq isə Moldovanı darmadağın edib.
C Liqasında Finlandiya Macarıstana evdə, Yunanıstan isə Estoniyaya minimal hesabla qalib gəlib.
B Liqasında Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması səfərdə Şimali İrlandiyaya qalib gəlməyi bacarıb - 2:1. Bununla da xorvatiyalı mütəxəsisis Azərbaycan millisinin baş məşqçisi olduğu vaxt britaniyalılara 0:4 və 0:1 hesablı məğlubiyyətlərin qismən əvəzini çıxıb.
Gecənin mərkəzi və ən bolqollu qarşılaşmaları A Liqasına təsadüf edib. İsveçrə İslandiyanın qapısından 6 top keçirib. Bu topların hamısını "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb.
İspaniya isə səfərdə İngiltərə üzərində əzmkar qələbə qazanıb.
A Liqası
2-ci qrup
20:00. İsveçrə - İslandiya - 6:0
Qollar: Stiven Tsuber, 13. Denis Zakaria, 23. Cerdan Şakiri, 53. Haris Seferoviç, 67. Albian Ayeti, 71. Admir Mehmedi, 82
4-cü qrup
22:45. İngiltərə - İspaniya - 1:2
Qollar: Markus Reşford, 11 - Saul Nyiges, 13. Rodriqo, 32
B Liqası
3-cü qrup
17:00. Şimali İrlandiya - Bosniya və Herseqovina - 1:2
Qollar: Uill Qriqq, 90+3 - Haris Dulyeviç, 36. Elvis Sariç, 64
C Liqası
2-ci qrup
20:00. Finlandiya - Macarıstan - 1:0
Qol: Teemu Pukki, 7
22:45. Estoniya - Yunanıstan - 0:1
Qol: Kostas Fortunis, 14
D Liqası
2-ci qrup
20:00. Belarus - San Marino - 5:0
Qollar: İqor Staseviç, 4. Stanislav Draqun, 26; 87. Anton Saroka, 67 (p.). Yuri Kovalyov, 90+1
22:45. Lüksemburq - Moldova - 4:0
Qollar: Kevin Malget, 34. Olivye Till, 60. Danel Sinani, 75. Kristofer Martins, 83