İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sərnişin təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib. Məlumata görə göyərtədə 188 nəfər olub.

Təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.

Artıq təyyarənin qəzaya uğradığı yer əraziyə göndərilmiş vertolyot və üç gəmi tərəfindən aşkar edilib.
 
Şirkət qəza barədə açıqlama verməkdən imtina edib.