Bu gün səhər saatlarında Şəki şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən çörək sexlərindən birində işləyən, rayonun 1980-cı il təvəllüdlü Aşağı Küncüt kənd sakini Səxavət Seyid qızı Məmmədli işdən çıxıb evə gedərkən "Mercedes markalı sərnişin mikroavtobusu tərəfindən vurulub.
Qəzadan sonra S.Məmmədli ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan bildirilib ki, qadına ağır qapalı kəllə-beyin travması dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb.