Ötən il oktyabr ayında məşhur aktrisası Meral Kaplan övladının dayəsi tərəfindən döyüldüyünü iddia etmişdi.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həqiqət isə fərqlidir. Ancaq davam edən araşdırmalardan sonra məlum olub ki, Kaplan dayəni, anasını və bacısını döyüb.

Məlumata görə, hadisə belə baş verib:

"Meral Kaplan anasıyla və bacısı ilə birlikdə yaşadığı evin qonaq otağında oturublarmış. Aktrisa bir anda dayə ilə mübahisəyə başlayıb. Mübahisənin davaya çevrildiyini görən anası araya girib. Aktrisanın anası davanı sakitləşdirməyə çalışsa da o daha da əsəbləşib. Meral Kaplan əsəb gərginliyi keçirib. Əsəblərinə hakim ola bilməyən Meral Kaplan, anasını və bacısını döyüb".