Güləşçilərimiz 2019-cu ildə beynəlxalq yarışlara start verir.
Unikal.org AGF-yə istinadən xəbər verir ki, əhləvanlarımız üçün ilk belə turnir yanvarın 24-25-də İranın paytaxtı Tehranda keçiriləcək yunan-Roma güləşi üzrə "Təxti kuboku" olacaq. Ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.