Fransanın "Nant" klubundan "Kardiff"ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərində radarlardan itib.
Unikal.org bildirir ki, İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.
Lakin saat 20:00-da "PA 46 Malibu" markalı özəl təyyarə ilə əlaqə kəsilib.
Axtarış xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.
Bu səbəbdən Fransa kubokunun "Sannua" - "Nant" matçı başqa vaxta keçirilib.