Braziliyalı sabiq futbolçu Romario “Mançester Siti”nin futbolçusu Qabriel Jesus haqda mənfikirlərini bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş forvard Jesusa məsləhətlər verib:
“Kifayət qədər cinsi əlaqədə olmalıdır. Boş vaxtlarında sekslə məşğul olsa, oyunlara daha yaxşı adaptasiya olar. Jesus öz istedadını və Braziliyanı təmsil etdiyini bilməlidir. Braziliya yığması üçün oynamalı, dünya çempionatlarında qol vurmalıdır. Ən əsası da budur.
Dünya çempionatı digərlərindən tamamilə fərqlidir. DÇ-də oyuna çıxdığı zaman bütün problemlərini yaddan çıxarmalı, matçlara köklənməlidir. Əks halda uğur qazana bilməz”.
Qeyd edək ki, dövrünün ulduz oyunçularından olan Romario karyerası ərzində PSV, “Valensiya”, “Barselona” kimi klublarda forma geyinib. O 70 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb. Sabiq forvard yığmada 55 qol vurub.