Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama oyununa çıxıb.
Unikal.org
 xəbər verir ki, Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Qeyd edək ki, bundan əvvəl Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" komandasına (3:1) qalib gəlmişdi.