İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Cenoa”dan Kşiştof Pyateki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı forvardla 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Pyatek cari mövsümdə “Cenoa”nın heyətində A Seriyasında çıxdığı 20 matçda 14 qol vurub.