“Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.
Unikal.org xəbər verir ki, Turin təmsilçisi “Latsio”dan müdafiəçi Martin Kasaresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı futbolçunun tibbi müayinələrdən sonra rəsmi müqavilə imzalayacağı bildirilir.
Karyerası ərzində “Vilyarreal”, “Barselona”, “Sevilya”, “Sauthempton” kimi klublarda forma geyinən Kaseres 2018-ci ilin yanvarından “Latsio”da çıxış edirdi.
31 yaşlı müdafiəçi 2009/10 mövsümündə də icarə əsasında “Yuventus”da forma geyinib.
Kaseres 86 dəfə də Uruqvay millisinin uğurları üçün çalışıb.