Azərbaycan Gimnastika Federasiyasının (AGF) yerli məşqçilər üçün təşkil etdiyi və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 2-ci dərəcəyə aid məşqçilik kurslarının (16-22 yanvar) nəticələri açıqlanıb.

AGF-dən Unikal.org-a verilən məlumata görə, Bakıda baş tutan kurslarda iştirak etmiş 12 məşqçimizin hər biri imtahanları uğurla verərək beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə 2-ci dərəcəyə sahibləniblər.

Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Kris Evans (Böyük Britaniya) tərəfindən keçirilib.