Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
Yayılan məlumatlarda idmançının ölümünün qripdən olduğu bildirilmişdi.
Mərhumun yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, X.Məmmədovun ölüm səbəbi qrip deyil: "Onun ağciyərlərinə güclü qoyuq olub. Soyuqdəymə nəticəsində tənəffüs sistemində çətinlik yaranıb. Bu proses bir neçə gün davam edib. Xamis qəfildən dünyasını dəyişib".
İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.
Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.