Futzal üzrə Yüksək Liqada 16-cı turun oyunlarının keçirilmə tarixi dəyişdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, növbəti turun qarşılaşmaları fevralın 1-də yox, 4-də keçiriləcək. Belə ki, Bakı İdman Sarayında fevralın 3-dək dövlət əhəmiyyətli tədbirlər keçirilək. Buna görə də turun oyunları 3 gün sonraya təyin edilib.