“Bavariya”nın hücumçusu Sandro Vaqner karyerasını Çində davam etdirəcək.
Unikal.org xəbər verir ki, almaniyalı forvard “Tyanszin Teda” klubuna keçib. Bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb.
Çin Super Liqası təmsilçisi Vaqner üçün “Bavariya”ya 5 milyon avro ödəyəcək. 31 yaşlı forvard yeni klubuyla 2020-ci ilin sonuna qədər müqavilə imzalayıb.
“Bavariya”nın yetirməsi olan Vaqner, 2008-ci ildə Münhen təmsilçisindən ayrıldıqdan sonra “Verder”, “Herta”, “Hoffenhaym” kimi klublarda forma geyinib. Alman forvard 2018-ci ildə 13 milyon avro qarşılığında yenidən “Bavariya”ya qayıtmışdı.