İtaliya kubokunun 1/4  final mərhələsində “Fiorentina”ya 1:7 hesabıyla məğlub olan “Roma”nın futbolçusu Edin Dzeko, ağır cəzalana bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, səfərdə “Fiorentina”nın qonağı olan “canavarlar”ın futbolçusu Dzeko hakimə tüpürüb. Oyunun 72-ci dəqiqəsində əvvəlcə hakimə etirazlar edən futbolçu, daha sonra əsəblərinə hakim ola bilməyərək, ona tüpürüb. Oyunun baş hakimi 32 yaşlı forvarda qırmızı vərəq verərək, onu cəzalandırıb.

İtaliya Futbol Federasiyasının bosniya və herseqovinalı futbolçuya bu hərəkətinə görə 5-10 matçlıq cəza verəcəyi ehtimal olunur.