Fransanın Nitsa şəhərində "Qran-pri" turniri keçirilib.
Unikal.org xəbər verir ki, qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb. 10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb. 

Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub. 

Xatırladaq ki, "Qran-pri"də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ölkəmizi təmsil edib.