Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib.
Unikal.org xəbər verir ki, günün ilk matçında “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri oyunun son dəqiqələrində fransız legioner Stiven Monrozun vurduğu qolla qələbə qazanıb. 

Qeyd edək ki, bu qələbən sonra xallarını 20-yə çatdıran “Qəbələ” 5-ci, “Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.