Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.
Unikal.org komanda.az-a istinadən bildirir ki, bu barədə 1-ci liqa təmsilçisinin prezidenti Murat Sancak məlumat yayıb.
O, komandanın uğursuz çıxışı səbəbindən Vural və köməkçiləri ilə yolları arırmaq qərarına gəldiklərini açıqlayıb.
"Adana Dəmirspor" 1-ci liqada 20 turdan sonra 30 xalla 9-cu pillədə qərarlaşıb. Yılmaz Vural 2018-ci ilin noyabr ayından bu klubun baş məşqçisi postunda çalışırdı.