Yaponiya millisinin üzvü Seya Nakazima karyerasını Qətərdə davam etdirəcək.
Unikal.org xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubunun şərəfini qoruyan Nakazima “Əl-Duxayl” klubuna transfer olunub. Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin transferindən “Portimonense” 35 milyon avroya yaxın gəlir əldə edəcək.
“Əl-Duxayl” bir müddət əvvəl “Yuventus”dan Mehdi Benatianı da transfer etmişdi.
Yaponiya millisinin də formasını geyinən Nakazima ilə PSJ də yaxından maraqlanırdı.