“Marsel”in yanvarda heyətinə qatdığı Mario Balotelli, qış transfer pəncərəsi dövründə İtaliyadan təkliflərin olduğunu deyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, italyan forvard, karyerasını bitirmək istədiyi klubun da adını açıqlayıb:
“İtaliyadan təkliflər almışdım. Ancaq ora indi qayıtmaq istəmədim. A Seriyası darıxdırıcı çempionatdır. Buna baxmayaraq, karyeramı İtaliyada, “Breşiya” klubunda bitirmək istəyirəm”.
Karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul” kimi klublarda çıxış edən Balotelli, yanvarın 23-də “Nitsa”dan “Marsel”ə keçib.