“Real”ın futbolçusu Vinisius Junior, İspaniya kubokunun yarımfinalında “Barselona”yla qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Unikal.org xəbər verir ki, İspaniya mətbuatına danışan braziliyalı hücumçu, Kataloniya təmsilçisindən qorxmadığını deyib:
“Dünyanın ən yaxşı klubunda – “Real”da oynayıram. Bizim üçün rəqibin fərqi yoxdur. Heç bir komandadan qorxmuram.
Hazırda yaxşı oyun sərgiləyirik. 2019-cu il bizim üçün yaxşı keçir. Bu vəziyyətin dəyişməməsi üçün çalışacağıq”.
İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Real” “Barselona”yla qarşılaşacaq. Madrid təmsilçisi fevralın 6-da səfərdə, 27-də isə öz meydanında “Barselona”yla üz-zə gələcək.