Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unika.org-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq, təkrar törədildikdə) 177.2.3-cü (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı Dəmir Yolu Vağzalının ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik tiryək və 450 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.