19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirib.
Unikal.org xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv rumıniyalı həmyaşıdları ilə qarşılaşıb. “Kuban” stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.
İlk oyunda Rusiya ilə qolsuz bərabərə qalan Azərbaycan millisi ikinci qarşılaşmada İrlandiyaya 1:3 hesabıyla uduzmuşdu. Rumınlarla görüşdə isə komandamız daha böyük hesabla məğlub olub.
Qrupun digər matçında lider İrlandiya meydan sahibi Rusiyaya 2 cavabsız qolla qalib gəlib.
AÇ-2019, Elit-raund mərhələsi, 1-ci qrup
26 mart
Rumıniya – Azərbaycan 4:0
Qol: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3.