Futbol üzrə İspaniya millisi bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Malta ilə oyuna baş məşqçisiz çıxacaq.
Komanda.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Luis Enrike bu oyunda komandasının başında ola bilməyəcək. Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, o, ailəsindəki problemlə əlaqədar Malta ilə oyunu buraxmaq məcburiyyətində qalıb. Enrikenin əvəzində İspaniya yığmasını bu görüşə baş məşqçinin köməkçisi Robert Moreno çıxaracaq.
Qeyd edək ki, bu gün keçiriləcək Malta – İspaniya oyununa bu gün Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.